AZ

İzmirdəki meşə yanğınlarına havadan və qurudan müdaxilə edilib

Bakı. Trend:

İzmirin Qaziemir və Foça rayonlarında baş verən meşəyanğınlarına havadan və qurudan müdaxilə edilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, meşəsahəsindəki yanğın naməlum səbəbdən baş verib.

Xəbərdarlıq üzərinə bölgəyə Meşə Təsərrüfatı Baş Müdirliyinəbağlı yeddi təyyarə, 16 helikopter, 35 su tankeri, 11 su təchizatımaşını, dörd dozer, dörd yer briqadası və çoxlu saydayanğınsöndürən göndərilib.

Quru Qoşunları Komandanlığına aid 5 helikopter və İzmir VilayətPolis İdarəsi Çevik Qüvvələr Şöbə Müdirliyinə bağlı TOMA-lar dahadisə yerinə yönləndirilib.

Məlumat üçün qeyd edək ki, yanğının Adnan Menderes hava limanınayaxın olması və yüksələn tüstü səbəbindən uçuşlar dayandırılıb.

Hava limanına enən təyyarələr ətraf hava limanlarınaistiqamətlənir.

Məqalədə:
Seçilən
156
1
az.trend.az

10Mənbələr