EN

Avro-2024-də növbəti 1/4 finalçılar müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün Avro-2024-də 1/8 final mərhələsinin növbəti 2 matçı keçiriləcək.

QOL.az xəbər verir ki, bununla da 1/4 finalın daha 2 iştirakçısı müəyyənləşəcək. 

Əvvəlcə Fransa "Merkur Spiel Arena"da Belçika ilə üz üzə gələcək. İsveçli referi Qlen Niberqin idarə edəcəyi matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər oyunda Portuqaliya "Deutşe Bank Park"da Sloveniya ilə qarşılaşacaq. İtaliyalı Daniele Orsatonun baş hakimlik edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bugünkü matçların qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.

Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.

Avro-2024, 1/8 final

20:00. Fransa - Belçika

Baş hakim: Qlen Niberq (İsveç)

"Merkur Spiel Arena"

23:00. Portuqaliya - Sloveniya 

Baş hakim: Daniele Orsato (İtaliya)

"Deutşe Bank Park"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
4
teleqraf.com

10Sources