AZ

Portuqaliya və Fransa milliləri 1/4 finalda

Image

Futbol üzrə Avro-2024-də 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Fransa millisi "Merkur Spiel Arena"da Belçika ilə üz üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən fransızlar 1/4 finala yüksəlib. 

Digər oyunda Portuqaliya "Deutşe Bank Park"da Sloveniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Portuqaliya millisi daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Portuqaliyalıların qapıçısı Dieqo Koşta rəqibin 3 penaltisini dəf edib. 

Bugünkü matçların qalibləri - Fransa ilə Portuqaliya 1/4 finalda bir-birlərinə rəqib olacaqlar. Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.

Mətləb





Seçilən
73
4
baki-xeber.com

7Mənbələr