Demokrat.az xəbər verir ki, əvvəlcə Fransa "Merkur Spiel Arena"da Belçika ilə üz üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən fransızlar 1/4 finala yüksəlib.
Digər oyunda Portuqaliya "Deutşe Bank Park"da Sloveniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Portuqaliya millisi daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Portuqaliyalıların qapıçısı Dieqo Koşta rəqibin 3 penaltisini dəf edib.
Bugünkü matçların qalibləri - Fransa ilə Portuqaliya 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.
Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.
Avro-2024, 1/8 final
20:00. Fransa - Belçika - 1:0
Qol: Yan Vertongen, 85-avtoqol
Baş hakim: Qlen Niberq (İsveç)
"Merkur Spiel Arena"
23:00. Portuqaliya - Sloveniya - 0:0 (Penaltilər - 3:0)
Qırmızı vərəqə: Matyaz Kek, 105+1 (Sloveniya)
Reallaşdırılmayan penalti: Kriştiano Ronaldo, 105 (Portuqaliya)
Baş hakim: Daniele Orsato (İtaliya)
7Mənbələr
-
hafta.azAvro-2024: Fransa və Portuqaliya 1/4 finalda ( 8176154)
-
moderator.azAVRO-2024: Bu gün son iki 1/4 finalçının adı məlum olacaq ( 8175698)
-
baki-xeber.comPortuqaliya və Fransa milliləri 1/4 finalda ( 8171264)
-
demokrat.azAVRO-2024: Portuqaliya və Fransa 1/4 finalda ( 8169650)
-
idmanxeber.azAvro 2024: Fransa və Portuqaliya 1/4 finalda ( 8167475)
-
bizim.mediaFransa millisi 1/4 finalda - VİDEO ( 8166698)
-
teleqraf.comAvro-2024-də növbəti 1/4 finalçılar müəyyənləşir ( 8142488)