AZ

Portuqaliya və Fransa millisi 1/4 finalda

style='margin-bottom:10px;'>

Avro-2024-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

QOL.az xəbər verir ki, Fransa "Merkur Spiel Arena"da Belçika ilə üz üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən fransızlar 1/4 finala yüksəlib. Didye Deşamın komandası bu mərhələdə Portuqaliya - Sloveniya oyununun qalibi ilə qarşılaşacaq.

Digər oyunda Portuqaliya "Deutşe Bank Park"da Sloveniya ilə qarşılaşacaq. İtaliyalı Daniele Orsatonun baş hakimlik edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bugünkü matçların qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.

Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.

Avro-2024, 1/8 final

20:00. Fransa - Belçika - 1:0

Qol: Yan Vertongen, 85-avtoqol

Baş hakim: Qlen Niberq (İsveç)

"Merkur Spiel Arena"

23:00. Portuqaliya - Sloveniya - 0:0 (Penaltilər - 3:0)

Qırmızı vərəqə: Matyaz Kek, 105+1 (Sloveniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

"Deutşe Bank Park"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
50
teleqraf.com

10Mənbələr