AZ

Avro-2024: Fransa və Portuqaliya 1/4 finalda 

Yazını böyüt
Yazını kiçilt

Ötən axşam Avro-2024-də 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Əvvəlcə Fransa Belçika ilə üz üzə gəlib. 1:0 hesabı ilə qalib gələn fransızlar 1/4 finala yüksəliblər. 

Digər oyunda Portuqaliya Sloveniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Portuqaliya millisi daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Portuqaliyalıların qapıçısı Dieqo Koşta rəqibin 3 penaltisini qaytarıb. 

Beləliklə, Fransa ilə Portuqaliya 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.

Qeyd edək ki, bunadək keçirilən 1/8 final matçlarından sonra 1/4 finalın daha 2 cütü də müəyyənləşib.
İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
4
hafta.az

8Mənbələr