EN

İngiltərə 1/4 finalda, İspaniya Gürcüstana qarşı

style='margin-bottom:10px;'>

Avro-2024-də 1/8 final mərhələsi davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Bununla da 1/4 finalın növbəti 2 iştirakçısı müəyyənləşəcək.

Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gələcək. "Veltins Arena"da oynanılacaq görüşü türkiyəli FİFA referisi Halil Umut Meler idarə edəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər oyunda İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşacaq. "Rayn-Energi” stadionunda keçiriləcək oyunu fransalı referi Fransua Letekse idarə edəcək. Bu görüş isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Avro-2024, 1/8 final 

30 iyun

20:00. İngiltərə - Slovakiya - 2:1

Qol: İvan Şranç, 25, (0:1), Cud Bellinqem, 90+5 (1:1), Harri Keyn, 91 (2:1)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

"Veltins Arena"

23:00. İspaniya - Gürcüstan

Baş hakim: Fransua Letekse (Fransa)

"Rayn-Energi” stadionu.

Chosen
90
21
teleqraf.com

10Sources