AZ

Argentina finalda

Amerika kubokunda ilk finalçı müəyyənləşib. Yarımfinalda Kanada ilə qarşılaşan Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Argentinanın qollarını Xulian Alvares (22) və Lionel Messi (51) vurub. Messi bununla 109-cu qoluna imza ataraq Əli Daeini ötüb və millidə ən çox fərqlənənlər arasında 2-ci pilləyə yüksəlib. İlk sırada 130 qolu olan Kriştianu Ronaldo dayanır.

Qeyd edək ki, yarımfinalın digər matçında Uruqvay və Kolumbiya komandaları üz-üzə gələcək. Onlar bu gecə Bakı vaxtı ilə saat 04:00-da qarşılaşacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
21
futbolinfo.az

10Mənbələr