AZ

Almanlardan ispanlara məsləhət: Yamal finalda az oynasın

İspaniya millisinə İngiltərə yığması ilə Avropa çempionatının final matçının uzatma dəqiqələrində 17 yaşlı vinger Lamin Yamaldan faydalanmamaq məsləhət görülüb.



Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Almaniya Həmkarlar İttifaqı İspaniya millisinin nümayəndələrinə futbolçunun dəyişdirilməsinin zəruriliyi barədə məlumat verib. Buna səbəb Almaniyada gecə saat 12-dən sonra yetkinlik yaşına çatmayanların işləməsinə qadağa qoyulmasıdır.



Yamal Avropa çempionatında 1 qol vurub və 3 məhsuldar ötürmə edib. O, elə bu çempionatda bir neçə dəfə gecə saatlarında meydana çıxıb. Almaniya Həmkarlar İttifaqının xəbərdarlığını sadəcə tövsiyə kimi qəbul etmək olar.



İspaniya və İngiltərə komandaları arasındakı final matçı iyulun 14-də Berlindəki stadionda keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərİspaniya Lamin Yamal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
21
komanda.az

10Mənbələr