AZ

Amerika Kubokunda ilk finalçı Argentina millisi oldu

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda bu gün ilk finalçının adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, yarımfinalın ilk oyunu Argentina və Kanada yığmaları arasında baş tutub.

Argentina millisi bu oyunda 2:0 hesablı qələbə qazanıb. Qolları Xulian Alvares və Lionel Messi vurublar.

Qeyd edək ki, Amerika Kubokunda yarımfinalın digər matçı Uruqvay və Kolumbiya komandaları arasında baş tutacaq. Bu oyuna sabah Bakı vaxtı ilə saat 04:00-da start veriləcək.

Amerika Kubokuna iyulun 14-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Amerika Kuboku
Yarımfinal
10 iyul

Argentina – Kanada 2:0
Qollar: Xulian Alvares, 22. Lionel Messi, 51.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
21
arena.az

10Mənbələr