EN

Şimali Koreya və Rusiya sazişinin məzmunu açıqlandı

Rusiya prezidenti Putinin 19 iyun tarixində Şimali Koreya prezidenti Kim Çen In ilə imzaladığı sazişin məzumunu açıqlanıb.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər mühüm paktın tam mətninə əsasən, hər ikisi silahlı təcavüzlə üzləşərsə, dərhal hərbi yardım göstərmək barədə razılığa gəliblər. “Tərəflərdən hər hansı biri silahlı basqınla üzləşərsə və müharibə vəziyyətində olarsa, qarşı tərəf BMT Nizamnaməsinin 51-ci maddəsinə və hər bir ölkənin qanunlarına uyğun olaraq hərbi və digər yardım göstərmək üçün dərhal bütün mövcud vasitələrdən istifadə edəcəkdir”, - deyə müqavilənin 4-cü maddəsində vurğulanıb. Putin və Şimali Koreya lideri Kim Çen Inın imzaladıqları saziş Moskvanın son illərdə Asiyada ən səs-küylü addımlarından biridir. Lakin tərəflər hər hansı silah ticarətini inkar edir.  ABŞ və onun Asiyadakı müttəfiqləri bu əsrdə nüvə silahını sınaqdan keçirmiş yeganə ölkə olan Şimali Koreyanın Rusiyaya nə qədər dəstək olacağı ilə bağlı artan narahatlıq içərisindədirlər.  Razılaşmada deyilir ki, tərəflərdən heç biri digərinin maraqlarını pozan üçüncü ölkə ilə heç bir müqavilə imzalamayacaq və ərazisinin hər hansı bir ölkə tərəfindən digərinin təhlükəsizliyinə və suverenliyinə zərər vermək üçün istifadəsinə icazə verməyəcək.   Fidan Əliyeva    

 

Chosen
107
50
manset.az

10Sources