AZ

Putinin səfərinə cavab: Seul Ukraynaya silah verəcək

Cənubi Koreya Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri fonunda Ukraynaya silah tədarükü məsələsinə yenidən baxacaq.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, buna səbəb Rusiya və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında sazişin imzalanmasıdır:

“Putin əslində 1961-ci ildən SSRİ ilə Şimali Koreya arasında qüvvədə olan hərbi müqaviləni bərpa etdi. Seul Moskva ilə Pxenyanın yaxınlaşmasından narahatdır və imzalanmış sazişi hərbi ittifaq hesab edir”.

Qeyd edək ki, Cənubi Koreya dünyanın ən böyük silah arsenalına malik ölkələrindən biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
7
axar.az

10Mənbələr