AZ

Rusiya və Şimali Koreya ittifaqı hansı ölkələr üçün təhlükə yaradır? – Ukraynalı deputatla ÖZƏL

Rusiya və Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Dövlətlər arasında əldə edilən bi razılaşma Avrasiya qitəsində geosiyasi vəziyyətə ciddi sürtdə təsir edə bilər.

Qərb dövlətlərinə qarşı yönəlmiş bu tərəfdaşlıq hansı reaksiya ilə nəticələnə bilər?

“İki aqressiv totalitar və terrorçu rejimlər aqressiv ittifaqa girdilər. Bu, sülh və qlobal təhlükəsizliyə təhlükə yaradırmı? Bəli, yaradır.” 

Ednews xəbər verir ki, bu fikirləri Ukrayna dumasının üzvü Aleksandr Mareşko bildirib. Ukraynalı deputatın sözlərinə görə, Rusiya-Şimali Koreya ittiqafı Uzaq Şərqdə Yaponiya və Cənubi Koreya üçün təhlükə yaradır:

“Çünki bu, Cənubi Koreya və Yaponiyaya qarşı yönəlmiş strateji ittifaqdır və regionda təhlükəsizliyi pozur. Şimali Koreya ilə belə bir ittifaqın bağlanması onu göstərir ki, Putin çıxılmaz vəziyyətdədir. O, özünü tam siyasi təcriddə göstərməmək üçün istənilən fürsətlərdən istifadə edir.

Putin onun terrorçu rejiminin ilə ittifaqının bütün sivil dünyada Rusiya diplomatiyasının daha bir dibinə vurması kimi qəbul ediləcəyini mükəmməl şəkildə qaldırır. Hətta, Putinin Şimali Koreyanın totalitar rejimi ilə müttəfiqliyi də ona kömək etməyəcək, çünki bu, Cənubi Koreya və Yaponiyanın Ukraynaya dəstəyini artırmasına səbəb olacaq.”

Fərid Axund

Screenshot_15.png

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
ednews.net

10Mənbələr