AZ

Cənubi Koreya Rusiyaya ixrac məhdudiyyətlərini genişləndirəcək

Cənubi Koreya Moskvanın KXDR ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi bağlamasına cavab olaraq Rusiyaya qarşı ixrac məhdudiyyətlərini genişləndirməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya prezidentinin ofisinə istinadən xəbər verir.

"Biz Rusiyaya qarşı Ukraynada müharibə başlayandan sonra tətbiq edilən ixrac məhdudiyyətlərinə daha 243 maddə əlavə edəcəyik və sanksiyalar siyahısını 1402 maddəyə çatdıracağıq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında Pxenyanda aparılan danışıqlardan sonra Rusiya və Şimali Koreya Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıb. Onun dördüncü maddəsində tərəflərdən birinə silahlı basqın zamanı bütün mümkün vasitələrlə təcili hərbi və digər yardımın göstərilməsinə dair müddəalar var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
operativmedia.az

10Mənbələr