Moskva Dövlət Tibb və Stomatoloji Universitetinin dosenti. A.İ.Yevdokimov tələbələrdən rüşvət aldığı üçün saxlanılıb.BUTA.TV xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. “Tələbələrdən rüşvət alması faktı ilə bağlı MSMDU-nun dosenti saxlanılıb, ona qarşı istintaq hərəkətləri davam edir”, - deyə agentliyin həmsöhbəti bildirib. Qeyd olunub ki, pul müqabilində müəllim tələbələrə imtahandan müsbət qiymət almaqda köməklik edib. Ona qarşı tələbələr ifadə veriblər.