EN

Qəzzada ölənlərin sayı 37 min 396-ya yüksəlib


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 24 nəfər artaraq 37 min 396-ya çatıb.

7NEWS.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 257 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın törətdiyi, bu hücumlarda daha 24 fələstinlinin həyatını itirdiyi, 71 fələstinlinin isə yaralandığı bildirilib.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
3
7news.az

10Sources