AZ

Qəzzada ölənlərin sayı 38 minə çatır 

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 48 saatda 69 nəfər artaraq 37 min 834-ə çatıb.

"Cebhe.info" xəbər verir ki,  Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 267 gündür hücumları ilə bağlı məlumat var.

İsrail ordusunun son 48 saatda Qəzzanın müxtəlif bölgələrində 7 hücum həyata keçirdiyi və bu hücumlarda daha 69 fələstinlinin həyatını itirdiyi, 429 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 834, yaralıların sayı isə 86 min 858-ə yüksəlib.

Bəyanatda, həmçinin dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
5
cebheinfo.az

10Mənbələr