AZ

İsrailin hücumlarının 267-ci günü: Qəzzada ölənlərin sayı 37 min 834-ə yüksəldi

İsrail ordusunun 7 oktyabr tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 2 gündə 69 nəfər artaraq 37 min 834-ə çatıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi tərəfindən açıqlama verilib.
 
Belə ki, İsrailin Qəzza zolağına 267 gündür etdiyi hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 48 saatda Qəzzanın müxtəlif bölgələrində 7 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 69 fələstinlinin həyatını itirdiyi, 429 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 834, yaralıların sayı isə 86 min 858-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də vurğulanıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
8
azxeber.com

10Mənbələr