EN

YAP Saatlı rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib

İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yeni təyin olunmuş sədri Elşən Əzizov ictimaiyyətə təqdim edilib.

Saatlıda keçirilən təqdimat mərasimindən əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.

YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov çıxış edərək vurğulayıb ki, Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyətdir.

Sonra partiyanın Saatlı rayon təşkilatının sədri Elşən Əzizov ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini deyib.

Tədbirdə YAP Saatlı rayon təşkilatının sabiq sədri Lütvəli Şıxəliyev, rayon Ağsaqqallar şurasının sədri Sədafər Hüseynov, rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, “Azərbaycan Fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov çıxış edərək bildiriblər ki,  Ümummilli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi rol oynayır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
121
36
yeniazerbaycan.com

10Sources