AZ

Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabı təqdim edildi- FOTOLAR 

“VİP Milan Hospital”ın təsisçi direktoru, Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, Özbəkistan Elmlər Akademiyasının fəxri akademiki, "Əlişir Nəvai" adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, "Humay" milli mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, sahibkar Xuraman xanım Muradovanın Zəfərimizin memarı, şərəfli ömrünün prezidentliyinə həsr olunan 20 ilini əsrə bərabər yaşamış Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış ömür yolundan bəhs edən “Əsrə bərabər 20 il” kitabının Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda möhtəşəm təqdimatı keçirildi.
 
Tədbirdə Respublikamızın görkəmli elm və ədəviyyat xadimləri, xalq yazıçıları, qəzet redaktorları, millət vəkilləri, iş insanları, müxtəlif media mənsubları iştirak edirdilər. 
 
Xalq Çingiz Abdullayevin rəhbərliyi və aparıcılığı ilə keçirilən təqdimat mərasimində Milli Məclisim çox hörmətli deputatları Dr.Fazil Mustafa, Jalə xanım Əliyeva, Müşfiq Məmmədli, Vüqar İsgəndərov, Razi Nurullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı Naxçıvan MR -dan qonaq gələn millət vəkili Esmira xanım, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, Avrasiya Beynəlxalq Mətbuat Fondunun prezidenti
Umud Rəhimoğlu, əməkdar incəsənət xadimj Ağalar İdrisoğlu, şair yazar-publisist Nəcibə xanım İlkin, "Mənəvi dəyərlər" İB-nin sədri, yazar Gülşən Behbud, Sahibkar Qadınlar" ictimai birliyinin sədri Zemfira xanım Ağayeva, yazıçı Varis Yolçuyev, yazıçı Elçin Hüseynbəyli, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, iş insanı Mahirə Əsədova, Vəfa Abbasova, AYB-dən Rauf Aslan və digər çox sayda hörmətli qonaqlar və mətbuat nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Xalq yazıçısı Çingiz Abdullayev sözü Xuraman xanıma verərək kitabı haqqında qonaqlara və mətbuata məlumat verməyini xahiş etdi.
Hörmətli Xuraman Xanım qonaqları salamladıqdan sonra Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə həsr edilmiş "Əsrin qəhrəmanı olan Komandan" şeirini səsləndirdi. Auditoriyanın böyük rəğbəti və alqışlarla qarşılanan şeirdən sonra Xuraman xanım kitabı haqqında çıxış edərək qonaqlara kitabın bölümləri haqqında məlumat verdi:
 
“Elm və Təhsil” nəşriyyatında yüksək nəfis tərtibatda çap olunan kitabımın redaktoru dəyərli Xalq yazıçımız  Çingiz Abdullayev, rəyçi Xalq yazıçısı Natiq Rəsulzadədir. Kitabda Ali Baş Komandanın Ordumuza sərkərdəliyinə, ölkəmizə rəhbərliyinə, prezidentlik fəaliyyətinə işıq salan, dəqiq faktlara söykənən bir-birindən maraqlı məqalə və müsahibələr yer alıb.
 
Kitabın müqəddiməsi Müzəffər Ali Baş Komandana həsr etdiyi "Əsrin Qəhrəmanı olan Komandan” şeirim ilə başlayır. Nəşrin “Müzəffər Ali Baş Komandan İlham Əliyev könüllərimizin Fatehidir!” , “Uca Rəbbim müzəffər xalqımızın müzəffər oğlunu qorusun!” adlı fəsilləri Prezidentimizin, “Tarix yazan Sərkərdənin arxasında dayanan qeyrətli Türk Xatunu” fəsli isə Ali Baş Komandanla ən çətin yollarda çiyin-çiyinə addımlayan birinci xanım Mehriban Əliyevanın parlaq fəaliyyətindən bəhs edir. “Azərbaycanın birinci xanımı, əzizimiz, ölkəmizdə xeyriyyəçiliyin simvoluna çevrilən Mehriban xanım Əliyevanın xeyirxahlıq yolunu mən həmişə böyük rəğbət hissi ilə dəstəkləmiş və ürəkdən alqışlamışam...”, “Xilaskarı dəstəkləmək milləti dəstəkləmək deməkdir!” başlıqlı fəsillərdədövlətçiliyimizə dair fikirlərim öz əksini tapıb.
 
Kitabda yer alan “Ürəklərdə ölümsüzləşən Öndər Şəxsiyyət” adlı məqaləsini müəllif Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə, “Türk dünyamıza müzəffər Oğul bəxş edən Ana” məqaləsini isə bu məmləkət üçün İlham Əliyev böyüklüyündə şəxsiyyət yetişdirən müqəddəs Ana, görkəmli həkim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr etmişəm.
“Biz hamımız möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin əsgərləriyik!” məqaləmdə müəllimindən həkiminə, alimindən memarına qədər bütün xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsindən qürur hissi ilə söhbət açmışam. “Azərbaycan - Türkiyə Cümhurbaşqanlarının qardaşlığı Turanın ayaq səsləridir” adlı yazımda Prezident İlham Əliyevlə Rəcəb Tayib Ərdoğanın sıx dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərindən bəhs etmişəm, Qarabağ Zəfərinin, Şuşa Bəyannaməsinin bu qardaşlığın zirvəsi olduğunu vurğulamışam.
 
 
Kitabın redaktoru, Xalq yazıçısı və həmin tədbirin aparıcısı Çingiz Abdullayev öz çıxışında belə maraqlı fikirlər dedi:
-Xuraman xanımın Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbulunu Xalq yazıçımız Natiq Rəsulzadə təqdim etmişdi və biz də onun kitabı, yazdığı şeirləri və hekayələri oxuyub, üzvülüyə qəbul etdik. Sevinirəm ki, biz yanılmamışıq. Artıq az bir zamanda Xuraman xanımın kitabları təkcə respublikamızda yox, qardaş Türkiyə Cürhuriyyətində, Özbəkistan və Qırğızıstanda da çap olunub. Mən Azərbaycan yazıçılarının kitablarının xarici dillərdə çap olunmasına çox sevinirəm. Xuraman xanım bu yüksək yaradıcılıq fəaliyyətinə görə bu il “Humay” mükafatına da layiq görülüb. Bu gün də bura yığışmağımızın məramı məlumdur. Əslində bu gün cənab İlham Əliyevdən nə qədər yazılsa da çox azdır. Çünki onuun iyirmi illik fəaliyyəti və son dörd ildə gördüyü əfsanəvi işlər haqqında  yazıçılarımız, jurnalistlərimiz çox yazmalı, silsilə tamaşalar hazırlanmalı və kinofilmlər çəkilməlidir. Mən kitabın redaktorlarından biri kimi bu kitabı oxumuşam və bu tədbirə toplaşanların da çoxu oxuyub. Bu kitab özünün peşəkarlığı, bədii fikirlərdən ustalıqla istifadə olunmasında və publisistikanın axarlı, oxunaqlı olmasında çox maraqlıdır. Yəqin ki, çıxış edənlər də öz ürək sözlərini deyəcəklər. 
 
Xuraman xanımın “Əsrə bərabər 20 il” kitabı haqqında dediyi bu gözəl fikirlər təqdimata gələnlərin hamısının ürəyincə oldu və bundan sonra kitab haqqında qonaqlar öz fikirlərini səsləndirdilər.
 
 
Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli:
 
-Keçən il Xuraman xanım Muradovanın burada təqdimatı keçirilən ilk kitabı “Sənə məktub yazacam” haqqında böyük təəssüratım yaranmışdı. Bu gün də “Əsrə bərəabər 20 il” kitabının təqdimatına yığışmışıq. Birinci kitabında öz düşüncələrini poetik formadan yüksək səviyyədə qələmə almışdı. Bu kitabı isə bir növ publisistikadır. Bu janr da çox çətindir. Mən belə fikirləşirəm ki, Xuraman xanım bu kitabda da istəyinə nail olub. Əgər yazıçı yazdığı əsərdə istəyinə nail ola bilirsə, bu, onun böyük uğurudur.
 
Azərbaycan Yazıçılar Birliyinin katibi, Səlim Babullaoğlunun dediklərindən:
 
-Bu kitab yaxşı yazılıb. Burada təkcə son iyirmi il yox, keçən əsrin 1970-ci illərindən başlayaraq əlli illik yaşadığımız dövr müəllif tərəfindən tutarlı faktlarla işlənib. Həm də burada Xaq şairimiz Nəriman Həsənzadənin Xuraman Muradovanın təkcə yazıçı kimi yox, həm də səhiyyəmizin keşiyində dayanan, şəhid ailələrinə, qazilərə rəhbərlik etdiyi Milan Hospitalda həkimlərilə birlikdə böyük xidmətindən bəhs edən maraqlı şeir var. İnanıram ki, bu kitab oxucular tərəfindən də maraqla qarşılanacaq.
 
 
 Millət Vəkili, Mədəniyyət komisiyasının sədri Fazil Mustafanın dediklərindən:
 
-Xuraman xanım təkcə yazıçı, sahibkar kimi yox, həm də yüksək intellektli bir xanım kimi dövlət səviyyəli tədbirlərdə öz süzünü yüksək səviyyədə deyir və onun çıxışları maraqla qarşılanır. İnanıram ki, bu kitabı da oxuclar tərəfindən maraqla qarşılanacaq. Həm də bu kitab həm Azərbaycan dövləti, dövlətçiliyi və  Qarabağ müharibəsilə bağlı maraqlı salnamə kitabdır.
 
Millət Vəkili Jalə xanım Əliyevanın dediklərindən:
 
-Biz Xuraman xanımla üç-dörd ay bundan qabaq yaxından tanış olsaq da, amma mən onun çıxışlarını bir neçə ildir ki, izləyirdim və “Sənə məktub” yazacam şeirlər kitabından bəstəkarların bəstələdiyi və müğənnilərin oxuduğu mahnıları maraqla dinləyirdim. “Əsrə bərabər 20 il” kitabı publisistika olsa da müəllif burada elə maraqlı bədii cümlələrdən istifadə eləyib və onun bu fikirləri də kitabı oxunaqlı edib. Həm də Xuraman xanım sözlə Ali Baş Komandanımızın əbədi heykəlini yarada bilib. Əlbəttə, Ali Baş Komandanımızın fəaliyyəti bir kitaba sığmaz. Yəqin ki, yazarlarımız Xuraman xanımın bu kitabından bəhrələnib, yeni kitablar yazacaqlar. Mən də bu kitabın oxucular tərəfindən maraqla qarşılanacağına əminəm.
 
Millət Vəkili Razi Nurullayevin dediklərindən:
-Dünyanın ən aparıcı ölkələrində sosial sahibkarlıq uzun illərdir ki, fəaliyyət göstərir. Çox sevindirici haldır ki, Xuraman xanım da  bu sahədə ilk uğurlu addımlarını atan sahibkarlarımızdandır. Xuraman xanımın başqa sahibkarlardan ən böyük bir fərqi var ki, o, həm də yazıçıdır. Yazıçılıqla sahibkarlığı birləşdirə bildiyinə görə bu kitabında Azərbaycan dövlətçiliyini, sahibkarlığı, iqtisadi inkişafımızı da maraqla işləyib. Bu kitab sahibkarlar üçün də maraqlı olacaq.
 
Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turanın dediklərindən:
-Xuraman xanımın bu kitabı bədii formada qələmə alınan bir növ siyasi kitabdır. Bu kitabda da müəllif son  əlli illik Azərbaycan tarixinin salnaməsini yaradıb. Və bu salnamənin pik nöqtəsini Qarabağla tamamlayıb. Burada şanlı qələbəmiz və Qarabağda gedən quruculuq ətraflı qələmə alınıb. Xuraman xanım Muradova da    bu fikirləri öz çıxışında ətraflı dedi. Mən də inanıram ki, bu kitab oxucular tərəfindən maraqla qarşılanacaq.
 
 
Bu kitab haqqında yazıçı Varis, şairə Nəcibə İlkin, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu və bir neçə Millət vəkilləri, alimlər, tənqidçilər, filoloqlar da çox maraqlı fikirlər söylədilər.
 
 Xatırladaq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən “Əsrə bərabər 20 il” kitabı Xuraman Xanım Muradovanın Azərbaycan Prezidentinə böyük sevgisinin və vəfa borcunun ifadəsidir.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
moderator.az

10Mənbələr