AZ

Alanya Qazeteciler Cəmiyyətinin sədri Mətbuat Şurasında - FOTOLAR

Alanya Qazeteciler Cəmiyyətinin sədri Azərbaycan Mətbuat Şurasını ziyarət edib.

 

Qonaqları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə olduğu kimi mətbuat sahəsində də münasibətlər yüksək səviyyədədir.

 

Alanya Aktif Gazeteciler Cəmiyyətinin sədri Ferit Kesen də öz növbəsində qonaqpərvliyə görə Mətbuat Şurasına təşəkkür edib və rəhbəri olduğu cəmiyyət haqda ətraflı məlumat verib. 

 

Daha sonra çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli bu cür görüşlərin çox əhəmiyyətli olduğunu və davamlı olmasını arzu etdiyini bildirib. 

 

Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvlər ilə yanaşı "Gündem Alanya” qəzetinin yazı işləri müdiri ve Alanya Aktif Gazeteciler Cəmiyyətinin baş katibi Zeliha Oner, "Alanya Mahmutlar Post” qəzetinin sahibi ve Alanya Aktif Gazeteciler Cəmiyyətinin sədr müavini Mesut İlhan, "Yenialanya” qəzetinin redaktoru, Alanya Aktif Gazeteciler Cəmiyyərinin İdarə Heyətinin üzvü Meryem Kanberoğlu da iştirak edib. 

 

Sonda xatirə şəkli çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
modern.az

10Mənbələr