AZ

Türkiyəli media təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar

Türkiyədəki Alanya Aktif Qazeteciler Cəmiyyətinin sədri Ferit Kesenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.

 

Şuranın İdarə Heyətinin üvlərinin iştirakı ilə keçirilmiş görüşdə qonaqları salamlayan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə olduğu kimi mətbuat sahəsində də münasibətlər yüksək səviyyədədir. 

Alanya Aktif Qazeteciler Cəmiyyətinin sədri F.Kesen rəhbəri olduğu cəmiyyət haqda ətraflı məlumat verib.  MŞ İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli bu cür görüşlərin çox əhəmiyyətli olmasından söz açıb, davamlılığının vacibliyini vurğulayıb. 

Qeyd edək ki, türkiyəli nümayəndə heyətinin tərkibinə Alaniyanın "Gündem Alanya” qəzetinin yazı işləri müdiri ve Alanya Aktif Qazeteciler Cəmiyyətinin baş katibi Zeliha Oner, "Alanya Mahmutlar Post” qəzetinin sahibi ve Alanya Aktif Gazeteciler Cəmiyyətinin sədr müavini Mesut İlhan, "Yeni Alanya” qəzetinin redaktoru, Alanya Aktif Qazeteciler Cəmiyyərinin İdarə Heyətinin üzvü Meryem Kanberoğlu daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
missiya.az

10Mənbələr