EN

Zelenski Rusiyanın Ukrayna üzərindəki ən böyük strateji üstünlüyündən danışdı

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Rusiyanın Ukrayna üzərindəki ən böyük strateji üstünlüyü onun səmada üstünlüyüdür.

Qaynarinfo xəbər verir ki, o, bunu çərşənbə axşamı, iyunun 11-də Ukraynanın Bərpası üzrə Konfransın açılış mərasimində deyib.

"Biz Rusiya ordusunu torpaqlarımızdan çıxara bilərik, Qara dənizi Ukrayna üçün qazandıq və sübut etdik ki, müasir hava hücumundan müdafiə sistemləri sayəsində istənilən rus raket və pilotsuz təyyarələrini məhv edə bilərik. Əsas olan nədir? Rusiyanı bu və ya digər üstünlüklərdən məhrum etmək imkanı. Hazırda Rusiyanın Ukrayna üzərindəki ən böyük strateji üstünlüyü onun səmada üstünlüyüdür”, - Ukraynanın dövlət başçısı qeyd edib.

Zelenski qeyd edib ki, raket və bomba terroru rus işğalçılarının cəbhədə irəliləməsinə kömək edir, eyni zamanda ukraynalıların həyatını məhv edir.
Ukrayna prezident həmçinin Ukraynanı yeni hava hücumundan müdafiə sistemləri ilə təmin etdiyinə görə Almaniya kansleri Olaf Şoltsa təşəkkür edib.
Belə ki, Ukraynanın Bərpası üzrə Konfransın açılış mərasimində Almaniya kansleri Olaf Şolts bildirib ki, onun ölkəsi tezliklə Ukraynaya üçüncü "Patriot” hava hücumundan müdafiə sistemini, IRIS-T qurğuları, Gepard, raket və sursatlar verəcək.

"Ukraynanın hazırda ən vacib ehtiyacı sursat və silahdır, xüsusən də hava hücumundan müdafiədir. Ona görə də yaxın həftələr və aylar ərzində biz üçüncü "Patriot” sistemini, IRIS-T qurğuları, Gepard qurğularını, raketləri və döyüş sursatlarını Ukraynaya tədarük edəcəyik”, - Şolts vurğulayıb.

Şolts həmçinin beynəlxalq ictimaiyyətə müraciət edərək, Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması ilə bağlı Almaniyanın təşəbbüsünü dəstəkləməyə çağırıb.

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
50
qaynarinfo.az

10Sources