EN

Von der Leyen: AK iyulda Kiyevə Rusiya aktivlərindən ilk 1,5 milyard avro gəlir verəcək

Avropa Komissiyası (AK) iyulda Kiyevə Rusiya aktivlərindən 1,5 milyard avro gəlir verəcək.

Bu barədə AK rəhbəri Ursula fon der Lyayen çərşənbə axşamı, iyunun 11-də Berlində Ukraynanın bərpası ilə bağlı konfrans zamanı bildirib.

“Keçən ilki konfransda mən Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya köçürülməsindən danışmışdım. İndi isə biz bunu beynəlxalq hüquq çərçivəsində və maliyyə bazarlarının sabitliyini təmin etməklə edirik”.

Von der Leyen bildirib ki, verilən pulun 90%-i müdafiəyə, 10%-i isə yenidənqurmaya yönəldiləcək.

Chosen
169
1
aznews.az

9Sources