AZ

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq yardım paketi ayırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası iyulda Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından Kiyevə 1,5 milyard avro verəcək, bu məbləğin 90%-i Ukraynanı silahla təmin etmək üçün istifadə olunacaq.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Berlində Ukraynanın bərpasına dair konfransda bildirib.

“Artıq iyul ayında Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən ilk 1,5 milyard avro Ukraynaya veriləcək, onun 90%-i silahlara yönəldiləcək”, -deyə o qeyd edib. Bundan əvvəl Avropa Komissiyası bu gəlirlərin ekspropriasiyası sayəsində 2-3 milyard avro səfərbər edəcəyini vəd etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
banco.az

9Mənbələr