AZ

Ursula fon der Leyen təsdiqlədi:1,5 milyard avro...

Dondurulmuş Rusiya aktivlərindən əldə edilən ilk 1,5 milyard avro gələn ay Ukraynaya göndəriləcəyini Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen təsdiqləyib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bu barədə Berlində Ukraynanın bərpasına dair konfransda məlumat verib.

Xanım Leyen bildirib ki, bu həftə G7 sammitində Kiyevin dondurulmuş Rusiya aktivlərindən necə daha çox fayda əldə edə biləcəyini” müzakirə edəcəklər: "İyulda bu gəlirlərin təxminən 1,5 milyard avrosu əldə ediləcək və onun da 10 faizi yenidənqurma və bərpaya, böyük bir hissəsi müdafiəyə yönəldiləcək.”

Xatırladaq ki, may ayında Avropa İttifaqı Rusiya Federasiyasının bloklanmış aktivlərindən əldə edilən gəlirin Ukraynaya kömək məqsədilə istifadəsini təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
9
ikisahil.az

9Mənbələr