Britaniya sakini Rusiya ilə əlaqədə ittiham olunaraq saxlanılıb.SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Skotland-Yard”ın rəsmi məlumatında deyilir.
Londonda 64 yaşlı kişinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı məlum olub. O, Böyük Britaniyanın milli təhlükəsizlik qanununun maddələrindən birinə zidd cinayət törətməkdə ittiham olunub.
Mesajda britaniyalının bağlı olduğu iddia edilən ölkəyə - Rusiyaya aydınlıq gətirilir.
Artıq həmin şəxs məhkəmə tərəfindən nəzarətə götürülüb.
İşə mayın 23-də, bu gün baxılacağı gözlənilir.
Nazlı