AZ

"ABŞ Qərb silahı ilə Rusiyaya zərbələr endirilməsi məsələsində mövqeyini dəyişə bilər" - "The New York Times"

 
"ABŞ hökuməti döyüş meydanında vəziyyətdən asılı olaraq öz mövqeyini uyğunlaşdırıb ona korrektələr edəcək..."
 
"Ukraynaya Rusiya ərazisindəki obyektlərə zərbələr endirmək üçün uzaqmənzilli silahın verilməsi münaqişənin eskalasiyası demək deyil..."
 
Vaşinqton dəfələrlə Ukraynadan müharibənin eslalasiyasından ehtiyat edərək Amerika istehsalı olan silahla Rusiya ərazisinə zərbələr endirməməyi xahiş edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib. Məlumatı "The New York Times" nəşri yayıb.
 
Blinken bəyan edib ki, Bayden administrasiyası Ukrayna hərbçilərinin Rusiya ərazisinə zərbələr endirməsinə "dözümlü" yanaşmağa hazırdır. 
 
Onun sözlərinə görə, Vaşinqton döyüş meydanında vəziyyətdən asılı olaraq öz mövqeyini "uyğunlaşdırıb korrektə edəcək".
 
O, deyib ki, ABŞ belə hücumlara həvəsləndirməyib və onlara dəstək verməyib. Lakin qeyd edib ki, ukraynalılar daha yaxşı müdafiə olunmaqlarına özləri qərar verməlidir, ABŞ hökuməti "zəruri hallarda öz mövqeyini uyğunlaşdırıb və ona korrektələr edib".
 
Jurnalistin bunun Birləşmiş Ştatların Ukraynanın Rusiyaya hücumlarına dəstək anlamına gəlib-gəlməməsi ilə bağlı sualına cavabında Blinken deyib: "Uyğunlaşmaq və korrektə etmək" məhz bu deməkdir.
 
Qeyd edilir ki, Rusiyanın 2022-ci ilin fevralından Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan Vaşinqton hərbi yardım göndərib.
 
Lakin müharibənin eskalasiyasından ehtiyat edərək dəfələrlə Ukraynadan Amerika istehsalı olan silahdan Rusiya ərazisinə zərbələr endirməməyi xahiş edib.
 
Amerika silahı ilə Rusiyaya zərbələr - bundan öncə baş verənlər
 
Bir sıra ölkələr bəyan edib ki, öz silahından Rusiya ərazisindəki obyektlərə zərbə endiməyi Ukraynaya qadağan etmir. O cümlədən belə məhdudiyyətləri İsveç, Polşa və digər ölkələr ləğv edib.
 
Ukraynanın Rusiyaya Qərb silahı ilə zərbələr endirilməsinin lehinə Fransa prezidenti Emmanuel Makron da çıxış edib.
 
O, vurğulayıb ki, Ukraynaya Rusiya ərazisindəki obyektlərə zərbələr endirilmək üçün uzaqmənzilli silahın verilməsi münaqişənin eskalasiyası demək deyil.
 
Eyni zamanda ABŞ ilkin mövqedə dayanıb. Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə bəyan edib ki, Birləşmiş Ştatlar "Ukraynanı öz hüdudlarından kənarda zərbələr endirməyə həvəsləndirmir və buna imkan yaratmır".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
moderator.az

10Mənbələr