Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 107-ə, itkin düşənlərin sayı isə 136-a yüksəlib.
525.az xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində ötən həftədən bəri yağan yağışlardan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır. Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 107-ə, itkin düşənlərin sayının isə 136-a yüksəldiyi bildirilib.
Açıqlamada 374 yaralının xəstəxanalarda müalicə olunduğu, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi qeyd edilib.
Məhəmməd Tağıyev
Bizi İnstagramda izləyin