AZ

Braziliyada sel daşqınında ölənlərin sayı 144-ə çatıb

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 144-ə, itkin düşənlərin sayının isə 125-ə yüksəldiyi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışdan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır.

Dövlət Mülki Müdafiəsi tərəfindən edilən açıqlamada ölənlərin sayının 144, itkin düşənlərin sayının isə 125 olaraq yeniləndiyi bildirilib.

Açıqlamada yaralıların sayının 800-ə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 100 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.

Açıqlamada, 81 min adamın kilsə, məktəblər və idman salonlarında qonaq edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi ifadə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
19
iqtisadiyyat.az

10Mənbələr