AZ

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 144-ə çatıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 144-ə çatıb

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 144-ə, itkin düşənlərin sayının isə 125-ə yüksəldiyi açıqlanıb.


Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində ötən həftədən bəri yağan yağışlardan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır.

Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 144, itkin düşənlərin sayının isə 125 olaraq yeniləndiyi bildirilib.

Açıqlamada yaralıların sayının 800-ə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 100 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.

Açıqlamada 81 min adamın kilsə, məktəblər və idman salonlarına yerləşdirildiyi və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
266
19
afn.az

10Mənbələr