AZ

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə yüksəlib

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 155-ə, itkin düşənlərin sayının isə 94-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 2 həftədir davam edən yağışların səbəb olduğu daşqınlar səbəbindən can və mal itkiləri artır.

Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 155, itkin düşənlərin sayının isə 94 olaraq yeniləndiyi bildirilib.

Açıqlamada yaralananların sayının 807, daşqından zərər çəkənlərin sayının 2 milyon 300 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.

Açıqlamada, təbii fəlakət bölgəsindən 82 min 666 nəfərin xilas edildiyi, 77 min 202 nəfərin isə sığınacaqlarda qaldığı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
19
operativmedia.az

10Mənbələr