Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin şimalında bəzi mövqeləri tərk etməyə məcbur olub, daha bir yaşayış məntəqəsi isə düşmənin nəzarətinə keçib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının ayrıca “Omega” xüsusi təyinatlı dəstəsinin “Hostri Kartuzi” bölməsi və Ukrayna Müdafiə Nazirliyinə yaxın “DeepState” "Telegram" kanalı məlumat yayıb.
Qeyd edilib ki, ukraynalı müdafiəçilər rusların ağır təzyiqi səbəbindən bəzi mövqelərdən geri çəkilməli olublar.
"Saat dörddə strateji əhəmiyyət kəsb edən Hlıboke yaşayış məntəqəsi uğrunda döyüşlər başladı. Ruslar dəstə-dəstə ölürlər, amma yenə də bəzi yerlərdə sıxışaraq uğur qazanırlar. Gecə çox çətin olacaq", - nəlumatda deyilir.
Xarkov vilayətindən video yayımlayıb.
Підрозділ "Гострі картузи" окремого загону спеціального призначення "Омега" Нацгвардії заявив, що Силам оборони довелося відійти з деяких позицій на Харківщині. Відео з Telegram "Гострих картузів" pic.twitter.com/QUhPsXSn1Z
— Українська правда (@ukrpravda_news) May 11, 2024
"Bu gün şiddətli döyüşlər zamanı müdafiəçilərimiz bir neçə mövqelərindən geri çəkilmək məcburiyyətində qalıblar, daha bir yaşayış məntəqəsi bu gün tamamilə Rusiyanın nəzarətinə keçib. Saat 20:00-a olan məlumata görə, Hlıboke yaşayış məntəqəsi uğrunda döyüşlər gedir", - döyüşçülər videoda deyirlər.