Viktor Osimhen növbəti mövsümdən PSJ-də çıxış etməyə yaxındır.
İdmanxeber.az məlumat verir ki, Paris klubu bu transfer üçün “Napoli”yə 120 milyon avro ödəyəcək. 4 illik müqavilə imza atacaq Osimhen isə ilinə 13 milyon avro qazanacaq.
Nigeriyalı forvard 2020-ci ildən Neapol klubunda çıxış edirdi. O, ötən il A Seriyasının qalibi olub.