AZ

“Bayern”in keçmiş futbolçusu Premyer Liqa klubuna keçə bilər

“Bayern”in sabiq hücumçusu, hazırda “Bolonya”da çıxış edən Coşua Zirkze karyerasını İngiltərə çempionatında davam etdirə bilər.



Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, futbolçunun transferində “Aston Villa” klubu maraqlıdır.



Zirkzenin transferində “Aston Villa”dan başqa, “Mançester Yunayted” və “Arsenal” klubları da maraqlı tərəflərdir. Futbolçunun transfer dəyəri 60-70 milyon avro qiymətləndirilir.



22 yaşlı niderlandlı futbolçu bu mövsüm A Seriyasında 29 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAston Villa Coşua Zirkzee

Seçilən
152
17
Mənbələr
Şərh ()
Bağla