AZ

Emre Mor Azərbaycan klubuna doğru -

“Qarabağ” klubu növbəti mövsüm üçün transfer hazırlığına başlayıb. Klubla bağlı mediada növbəti transfer iddiası yayılıb.

Metbuat.az bildirir ki, mediada yayılan məlumata görə, “köhlən atlar” türkiyəli tanınmış futbolçu Emre Moru icarə əsasında heyətə qatmaq niyyətindədir.

Qeyd edək ki, müqavilə ilə “Fənərbağça”ya məxsus olan vinger hazırda “Karagümrük”də çıxış edir. Bu komandanın forması ilə 38 matça çıxan E.Mor 7 qol və 5 assistlə yadda qalıb.

Seçilən
66
17
Mənbələr
Şərh ()
Bağla