AZ

İngiltərə klubuna növbəti cəza kəsildi

“Şeffild Yunayted” növbəti cəzaya məruz qalıb.

“Football-plus.az” xəbər verir ki, İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, komandanın 2 xalı silinəcək.

Klub transfer ödəmələrində gecikmələr etdiyinə görə bu cəzaya məruz qalıb. Ancaq Şeffild klubu qayda pozuntusuna çempionşipdə mübarizə apardığı vaxt yol verdiyinə görə komandanın xalları aşağı liqaya düşəndə silinəcək. “Şeffild Yunayted” premier-liqanı tərk edəndən sonrakı mövsümə -2 xalla başlayacaq.

Qeyd edək ki, yerli futbol qurumu martın 18-də komandanın hesabından 4 xal çıxılmasına qərar verib. “Şeffild Yunayted” hazırda premyer-liqada 16 xalla sonuncu yeri tutur.

Seçilən
80
17
Mənbələr
Şərh ()
Bağla