AZ

“İnter”i Premyer Liqa klubuna dəyişə bilər

“İnter”in müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Msport.az xəbər verir ki, niderlandlı müdafiəçinin xidmətində “Aston Villa” maraqlıdır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.

Birmingem təmsilçisi 27 yaşlı sağ cinah müdafiəçisi üçün “İnter”ə təklif göndərəcək. İtaliya klubu futbolçusunu 25 milyon funt-sterlinqə satmağa hazərdır.

Qeyd edək ki, “İnter” Denzel Dumfrisi 2021-ci ilin yayında PSV-dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə iılə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Seçilən
135
17
Mənbələr
Şərh ()
Bağla