EN

Juninyo Fransa klubuna keçir? - "Qarabağ" rəsmisindən açıqlama

Xarici mediada Olavio Juninyonun Fransanın "Tuluza" klubu ilə anlaşdığı barədə məlumat yayılıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçunun cari mövsümün sonunda adıçəkilən kluba transfer olunacağı bildirilib. "Qarabağ" klubunun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, klublar arasında rəsmi danışıqlar olmayıb.

"Bu məsələni biz də mediadan oxuduq. Rəsmi təklif irəli sürülməyib", — deyə Anar Hacıyev qeyd edib.

Günay Xəlil

Chosen
27
17
Sources
Comment ()
Close