EN

Norris Ferstappenlə xal fərqini 52-yə endirdi

“Formula-1” üzrə dünya çempionatında ilk mərhələlərdən sonra Maks Ferstappenin növbəti çempionluğu heç kimdə şübhə doğurmurdusa, artıq vəziyyət dəyişib. Sinqapur mərhələsində “Maklaren”in pilotu Lando Norris finişə birinci çatdı.

"Football-plus.az" xəbər verir ki, “Red Bull”un niderlandlı pilotu isə ondan 20,945 saniyə geri qaldı. Fəxri kürsünün 3-cü pilləsinə “Maklaren”dən Oskar Piastri qalxdı. Artıq Ferstappenlə ən yaxın izləyicisi Norris arasındakı xal fərqi 52-yə bərabərdi. Bakı mərhələsindən sonra arada 59 xallıq fərq var idi.

Təsnifat mərhələsi
1. Lando Norris (B.Britaniya) 1.29,525
2. Maks Ferstappen (Niderland) 1.29,728
3. Lüis Hemilton (B.Britaniya) 1.29,841
4. Corc Rassell (B.Britaniya) 1.29,867
5. Oskar Piastri (Avstraliya) 1.29,953
6. Niko Hülkenberq (Almaniya) 1.30,115
7. Fernando Alonso (İspaniya) 1.30,214
8. Yuki Sunoda (Yaponiya) 1.30,354
9. Şarl Lekler (Monako) 1.29,747
10. Karlos Sayns (İspaniya) 1.30,108
11. Aleksandr Albon (Tayland) 1.30,474
12. Franko Kolapinto (Argentina) 1.30,481
13. Serxio Peres (Meksika) 1.30,579
14. Kevin Maqnussen (Danimarka) 1.30,653
15. Esteban Okon (Fransa) 1.30,769
16. Daniel Rikkyardo (Avstraliya) 1.31,085
17. Lens Stroll (Kanada) 1.31,094
18. Pyer Qasli (Fransa) 1.31,312
19. Valtteri Bottas (Finlandiya) 1.31,572
20. Quanyuy Çjou (Çin) 1.32,054

Həlledici mərhələ
306,143 km (4940 metrlik 62 dövrə)

1. Lando Norris Maklaren 1:40.52,571
2. Maks Ferstappen Red Bull +20,945
3. Oskar Piastri Maklaren +41,823
4. Corc Rassell Mersedes +1.01,040
5. Şarl Lekler Ferrari +1.02,430
6. Lüis Hemilton Mersedes +1.25,248
7. Karlos Sayns Ferrari +1.36,039
8. Fernando Alonso Aston Martin 1 dövrə
9. Niko Hülkenberq Haas 1 dövrə
10. Serxio Peres Red Bull 1 dövrə
11. Franko Kolapinto Uilyams 1 dövrə
12. Yuki Sunoda (RB) 1 dövrə
13. Esteban Okon 1 dövrə
14. Lens Stroll Aston Martin 1 dövrə
15. Quanyuy Çjou Zauber 1 dövrə
16. Valtteri Bottas Zauber 1 dövrə
17. Pyer Qasli Alpin 1 dövrə
18. Daniel Rikkyardo 1 dövrə
Aleksandr Albon (Uilyams) və Kevin Maqnussen (Haas) finişə çatmayıb.

Şəxsi birincilik
1. Maks Ferstappen 331 xal
2. Lando Norris 279
3. Şarl Lekler 245
4. Oskar Piastri 237
5. Karlos Sayns 190
6. Lüis Hemilton 174
7. Corc Rassell 155
8. Serxio Peres 144
9. Fernando Alonso 62
10. Niko Hülkenberq 24
11. Lens Stroll 24
12. Yuki Sunoda 22
13. Aleksandr Albon 12
14. Daniel Rikkyardo 12
15. Pyer Qasli 8
16. Oliver Berman 7
17. Kevin Maqnussen 6
18. Esteban Okon 5
19. Franko Kolapinto 4

Mühəndislər kuboku
1. Maklaren 516 xal
2. Red Bull 475
3. Ferrari 441
4. Mersedes 329
5. Aston Martin 86
6. RB 34
7. Haas 31
8. Uilyams 16
9. Alpin 13

Chosen
21
1
football-plus.az

10Sources