AZ

Formula 1: Rassel cəzalandı, Hamilton qalib elan edildi

Bu gün keçirilmiş Formula 1 üzrə dünya çempionatının 2024-cü il mövsümünün 14-cü mərhələsinin nəticələri dəyişdirilib.

Arena.az xəbər verir ki, Belçika qran prisində qalib olmuş Corc Rassell (“Mersedes”) diskvalifikasiya edilib.

Britaniyalı sürücünün avtomobili digərlərindən 1,5 kq yüngül olub. Nəticədə yarışı 2-ci pillədə başa vuran “Mersedes”in digər pilotu Luis Hamilton qalib sayılıb.

Beləliklə, 14 turdan sonra 277 xala malik Maks Ferstappen (“Red Bull”) vahid liderdir. Lando Norris (“Maklaren”) 199 xalla 2-ci, Şarl Lekler (“Ferrari”) 177 xalla 3-cü sırada qərarlaşıb.

Mühəndislər Kubokunda da “Red Bull” 408 xalla vahid liderdir. “Maklaren” 366 xalla ikinci sırada qərarlaşıbsa, “Ferrari” 345 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 15-ci qran-prisi təxminən bir ay sonra Niderlandda keçiriləcək. Sözügedən yarış avqustun 25-də Zandvort şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 277
  2. Lando Norris (Maklaren) – 199
  3. Şarl Lekler (Ferrari) – 177
  4. Oskar Piastri (Maklaren) – 167
  5. Karlos Sayns (Ferrari) – 162
  6. Luis Hamilton (Mersedes) – 150
  7. Serxio Peres (Red Bull) – 131
  8. Corc Rassell (Mersedes) – 116
  9. Fernando Alonso (Aston Martin) – 49
  10. Lens Stroll (Aston Martin) – 24
  11. Niko Hulkenberq (Haas) – 22
  12. Yuki Tsunoda (Rasinq Bulls) – 22
  13. Daniel Rikkardo (Rasinq Bulls) – 12
  14. Oliver Berman (Ferrari) – 6
  15. Pyer Qasli (Alpin) – 6
  16. Kevin Maqnussen (Haas) – 5
  17. Esteban Okon (Alpin) – 5
  18. Aleksander Albon (Uilyams) – 4
  19. Jou Quanyu (Zauber) – 0
  20. Valtteri Bottas (Zauber) – 0
  21. Loqan Sarcent (Uilyams) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 408
  2. Maklaren – 366
  3. Ferrari – 345
  4. Mersedes – 266
  5. Aston Martin – 73
  6. Rasinq Bulls – 34
  7. Haas – 27
  8. Alpin – 11
  9. Uilyams – 4
  10. Zauber – 0
Seçilən
91
1
arena.az

10Mənbələr