Bu gün gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 14-cü qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Belçikada təşkil olunub.
Stavelot şəhərindəki yarışda “Mersedes”in sürücüsü Corc Rassel hamıdan sürətli olub. O, 44 dövrəlik yarışı 1:19:57.040 göstərici ilə yekunlaşdırıb. Bu, Rasselin cari mövsümdə 2-ci, karyerası ərzində isə 3-cü qələbəsidir.
İngiltərəli sürücünün həmyerlisi və komanda yoldaşı Luis Hamilton isə ikinci yeri tutub. Podiumun son pilləsinə Oskar Piastri qalxıb. “Maklaren”in sürücüsü ötən yarışdakı qələbədən sonra bu dəfə 3-cü olub.
Çempionatın lideri, ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen 11-ci yerdən start verməsinə baxmayaraq, xeyli irəliləyərək 5-ci yeri tutub. Buna baxmayaraq, niderlandlı sürücü turnir cədvəlində liderliyi davam etdirir. 14 turdan sonra 275 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris (“Maklaren”) 197 xalla 2-ci, Şarl Lekler (“Ferrari”) 174 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda da “Red Bull” 404 xalla vahid liderdir. “Maklaren” 361 xalla ikinci sırada qərarlaşıbsa, “Ferrari” 340 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 15-ci qran-prisi təxminən bir ay sonra Niderlandda keçiriləcək. Sözügedən yarış avqustun 25-də Zandvort şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 275
- Lando Norris (Maklaren) – 197
- Şarl Lekler (Ferrari) – 174
- Oskar Piastri (Maklaren) – 164
- Karlos Sayns (Ferrari) – 160
- Luis Hamilton (Mersedes) – 143
- Corc Rassell (Mersedes) – 141
- Serxio Peres (Red Bull) – 129
- Fernando Alonso (Aston Martin) – 47
- Lens Stroll (Aston Martin) – 24
- Niko Hulkenberq (Haas) – 22
- Yuki Tsunoda (Rasinq Bulls) – 22
- Daniel Rikkardo (Rasinq Bulls) – 11
- Oliver Berman (Ferrari) – 6
- Pyer Qasli (Alpin) – 6
- Kevin Maqnussen (Haas) – 5
- Aleksander Albon (Uilyams) – 4
- Esteban Okon (Alpin) – 4
- Jou Quanyu (Zauber) – 0
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 404
- Maklaren – 361
- Ferrari – 340
- Mersedes – 284
- Aston Martin – 71
- Rasinq Bulls – 33
- Haas – 27
- Alpin – 10
- Uilyams – 4
- Zauber – 0