Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 15-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Niderlandda təşkil olunub.
Zandvort şəhərindəki yarışda “Maklaren”in sürücüsü Lando Norris hamıdan sürətli olub. O, 72 dövrəlik yarışı 1:30:45.519 göstərici ilə yekunlaşdırıb. Bu, Norrisin həm cari mövsümdə, həm də karyerası ərzində 2-ci qələbəsidir.
Çempionatın lideri, ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu dəfə ikinci yerlə kifayətlənib. Şarl Lekler (“Ferrari”) isə Niderland qran-prisində üçüncü olub.
15 turdan sonra 295 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris 225 xalla 2-ci, Şarl Lekler 192 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda da “Red Bull” 434 xalla vahid liderdir. “Maklaren” 4041 xalla ikinci sırada qərarlaşıbsa, “Ferrari” 370 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 16-cı qran-prisi İtaliyada keçiriləcək. Sözügedən yarış sentyabrın 1-də Montsa şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 295
- Lando Norris (Maklaren) – 225
- Şarl Lekler (Ferrari) – 192
- Oskar Piastri (Maklaren) – 179
- Karlos Sayns (Ferrari) – 172
- Luis Hamilton (Mersedes) – 154
- Serxio Peres (Red Bull) – 139
- Corc Rassell (Mersedes) – 122
- Fernando Alonso (Aston Martin) – 50
- Lens Stroll (Aston Martin) – 24
- Niko Hulkenberq (Haas) – 22
- Yuki Tsunoda (Rasinq Bulls) – 22
- Daniel Rikkardo (Rasinq Bulls) – 12
- Pyer Qasli (Alpin) – 8
- Oliver Berman (Ferrari) – 6
- Kevin Maqnussen (Haas) – 5
- Esteban Okon (Alpin) – 5
- Aleksander Albon (Uilyams) – 4
- Jou Quanyu (Zauber) – 0
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 434
- Maklaren – 404
- Ferrari – 370
- Mersedes – 276
- Aston Martin – 74
- Rasinq Bulls – 34
- Haas – 27
- Alpin – 13
- Uilyams – 4
- Zauber – 0