Bu tur Bayılda çempionatın autsayderləri "Səbail" ilə "Kəpəz" Bayılda üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, paytaxt klubu qərb təmsilçisi ilə matça itkisiz çıxacaq.
Klubun sözçüsü Rəşad Məmmədovun saytımıza verdiyi məlumata görə, cəzalı oyunçusu olmayan "Səbail"in zədəlisi də yoxdur.
ÜÇ turdan sonra 9-cu pillədə qərarlaşan "Səbail" hələlik xal və qol hesabını aça bilməyən "Kəpəz"i sabah qonaq edəcək. "Bayıl Arena"da baş tutacaq turun açılış oyununun start fiti saat 19:00-da səsləndiriləcək.
Mirağa