AZ

"Qafqazinfo" 14 yaşında!

Bu gün "Qafqazinfo" xəbər portalının fəaliyyətə başlamasının ildönümüdür.

 

Modern.az xəbər verir ki, portalın 14 yaşı tamam olur.

 

"Qafqazinfo.az" 2010-cu il avqustun 16-da fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

 

"Qafqazinfo.az" saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

 

Bundan başqa, portalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. "Qafqazinfo" siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.

 

Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı, oxucular da aktiv iştirak edə bilərlər.

 

Redaksiyada və internet saytında "qaynar xətt" fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.

 

Modern.az-ın kollektivi adından “Qafqazinfo”da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
modern.az

10Mənbələr