AZ

"Nissan" yeni nəsil "Armada"nın təqdimatına hazırlaşır

"Nissan"ın Şimali Amerika bölməsi yeni nəsil "Armada" təqdimatına hazırlaşır.

 

Modern.az xəbər verir ki, yeni məhsulun təqdimatı sentyabrın 3-də modelin qlobal versiyası olan, ön hissəsinin dizaynı ilə fərqlənəcək "Nissan Patrol" ilə eyni vaxtda baş tutacaq.

 

Yolsuzluq avtomobilinin "Rock Creek"in xüsusi versiyasında debüt edəcəyi güman edilir. Orijinal "Patrol" 1962-1969-cu illərdə ABŞ-da satılıb və model 2016-cı ildə "Armada" adı ilə bazara qayıdıb.

 

İlkin olaraq, yeni "Nissan Armada" "Infiniti QX80" əsasında qurulacaq və 450 at gücündən çox 3,5 litrlik turbomühərrikli V6 alacaq. 9 pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə birlikdə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
modern.az

10Mənbələr