AZ

"Vodafone" Özbəkistanda mobil operator yaradacaq

Özbəkistanda Böyük Britaniyanın "Vodafone" şirkətinin respublikada 5G "Standalone" mobil rabitəsini işə salmaq üçün cəlb edilməsi planlaşdırılır. “

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, "UzTex Group” tekstil şirkətinin təsisçisi, “İnfinBank”ın səhmdarı Fərxod Mamatcanov bu barədə Nukusda prezident Şavkat Mirziyoyevlə görüşündə bildirib:

 

“Biz yeni sahədə layihəyə başladıq. Dünənki iclasda rəqəmsallaşmadan danışdınız. İldırım sürətində işləmək üçün bizə ildırım sürətində internet lazımdır. Xarici brendin cəlb olunması ilə bağlı göstərişlər verdiniz. Biz Özbəkistanda 5G "Standalone" mobil rabitəni işə salmaq üçün dünyanın aparıcı şirkətlərindən biri olan Britaniyanın “Vodafone” şirkəti ilə işləməyə başladıq”.

 

Sahibkar investisiyaların həcminin 250 milyon avro təşkil edəcəyini də bildirib. Layihənin 2025-ci ildə başlanması və 1000 iş yerinin yaradılması gözlənilir.

 

“Buna nail olmaq üçün biz "Uzcard" ilə birlikdə inqilabi plana başladıq. Allah qoysa, yeni ildən işə başlayacaq”, - deyə sahibkar bildirib.

 

Bu layihədə avadanlıq və texnologiya təchizatçısı olan Finlandiyanın "Nokia" şirkəti də iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
modern.az

10Mənbələr