AZ

"iPhone 16 Pro" 4 rəngdə olacaq - FOTO

X (keçmiş Twitter) sosial şəbəkəsində "iPhone 16 Pro"nun dörd rəngdə olan maketlərinin fotosu yerləşdirilib.

Gundem.az xəbər verir ki, fotoda yeni bürünc rəng sxeminin necə göründüyü göstərilib.

Şayiələrə görə, yeni bürünc "iPhone 16 Pro", "iPhone 15 Pro" xəttinin Mavi Titanını əvəz edəcək "Desert Titanium" adlanacaq. Flaqman "iPhone 16 Pro" xətti Ağ Titan, Qara Titan və Təbii Titan rənglərində də mövcud olacaq.

"Black Titanium"a gəlincə, əvvəllər də bu versiyanın tündləşəcəyi, "Natural Titanium"un isə daha boz rəng alacağı bildirilib.

"iPhone", "AirPods", əməliyyat sistemləri və digər yeni məhsulların təqdim olunacağı "Apple" təqdimatının sentyabrın 9-da Kupertinodakı "Apple Park" kampusunda yerli vaxtla saat 21:00-da keçiriləcəyi planlaşdırılır.  (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
gundem.az

10Mənbələr