Daha bir qrup Azərbaycan hərbçisi Türkiyədə komando təlimlərini başa vurdu

Türkiyənin Milli Müdafiə Nazirliyi daha bir qrup Azərbaycan hərbçisinin bu ölkədə komando təlimlərini başa vurduğunu bildirir. virtualaz.org xəbər verir ki, qardaş ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Azərbaycan və Somalidən olan hərbçilər terrorla mübarizə üzrə təlim-tədris mərkəzi Komandanlığı nəzdindəki İsparta komando təlim mərkəzindəki kursları müvəffəqiyyətlə başa vurublar. Və vətənlərinə yola salınıblar.

Xatırladaq ki, iki ölkə arasında hərbi əməkdaşlıq razılaşmaları əsasında Azərbaycan ordusunun personalı qruplar halında Türkiyədə təlim-tədris kurslarına göndərilirlər. O cümlədən ilin əvvəlindən etibarən bir neçə qrup Azərbaycan hərbçisinin Türkiyədə komando kurslarını bitirdiyi məlumdur. Habelə Türkiyə Müdafiə Nazirliyi “Qardaş briqada” layihəsi başladıb və bu layihə çərçivəsində Azərbaycan ordusunun birliyi avqust ayında Türkiyəyə aparılıb. Hazırda birliyin Türkiyə ordusu standartlarında hazırlıq prosesi davam edir.

virtualaz.org

Mənbə:
0
40
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar