AZ

Ukraynaya göndərməyə "Patriot"umuz yoxdur - ABŞ

ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz "Patriot" hava hücumundan müdafiə sistemləri yoxdur.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Amerika Patriot sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə ABŞ qoşunlarını qorumaq üçün yerləşdirilib. Əgər əlavə Amerika batareyalarını boşalda bilsək, onları (Ukraynaya - red.) göndərəcəyik", - Sallivan söyləyib.

Sallivan əlavə edib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.

Seçilən
72
6
Mənbələr
Şərh ()
Bağla